Çin Xalq Respublikasının nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzini ziyarət etdi

Çin Xalq Respublikasının nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzini ziyarət etdi. Bakı Sağlamlıq Mərkəzi, Xiamen Cardiovascular Hospitalının həkimləri və Microport şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib. Tibb sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək məqsədilə təşkil olunan görüşdə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və Mərkəzimizin kardiologiya və kardiocərrahiyyə məsələləri üzrə kordinatoru dr. Fərid Əliyev iştirak edib. Görüşdə Bakı Sağlamlıq Mərkəzinin hədəfləri barədə qonaqlara məlumat verilib. Mərkəzimizdə pasiyent məmnunluğunun və təhlükəsizliyinin təmin olunmasına, keyfiyyətli və effektiv tibbi xidmətlərin göstərilməsinə xüsusi diqqət ayrıldığını bildirib: “Bu cür beynəlxalq əməkdaşlıqlar tibb müəssisələrinin gələcək fəaliyyətinə müsbət təsir göstərir və tibbi xidmətin keyfiyyət meyarlarında müsbət dəyişiklərə səbəb olur”. Bakı Sağlamlıq Mərkəzi ilə Xiamen Cardiovascular Hospital arasında birgə əməkdaşlığa dair danışıqlar gedib. Müəssisələr arasında əlaqələrin hərtərəfli inkişafına dair müzakirələr aparılıb. Belə ki, görüşdə layihələrin həyata keçirilməsinə dəstək, məlumatın təqdim edilməsi və mübadiləsi, elmi-təcrübi konfransların, forumların, seminarların təşkili və birgə iştirak, ictimai təşkilatlarla və ekspert cəmiyyəti ilə qarşılıqlı əlaqə, təcrübəyə və ya təcrübəyə göndərilmə və qəbul, digər əməkdaşlıq növləri üzrə məsələlər öz əksini tapıb. Görüşdə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsinin əhəmiyyətini vurğulayaraq gələcəkdə müxtəlif sahələrdə təcrübə mübadiləsinin mümkünlüyünü qeyd edib. Sonda Dr. Wang Yan qonaqpərvərliyə və səmimi münasibətinə görə minnətdarlığını bildirib. Baş tutan görüşdən görüntüləri sizə təqdim edirik.

Diqər xəbərlər